“The Washington Post”dan Obamaya ŞOK İTTİHAM

Obama hakimiyyəti Qahirə meydanlarında 10 minlərlə aksiyaçıya qarşı müdaxilədə Misirin suç ortağı olub Amerikanın məşhur "The Washington Post" qəzeti Obama hakimiyyətini Misirdə çevriliş əleyhdarlarına qarşı törədilən qətliama suç ortaqlığında ittiham edib:

"Amerika xarici siyasət idarəsi isə uzunsürən və utancverici bir gecikmədən sonra Misirdə çevriliş olub-olmadığına belə tam olaraq qərar verə bilməyib. Xarici işlər naziri Con Kerri Misir ordusunun demokratiyanı yenidən inşa etməkdə olduğunu elan etdi".

Yazıda qeyd olunur ki, bu qərarlar ucbatından Obama hakimiyyəti Qahirə meydanlarında 10 minlərlə aksiyaçıya qarşı müdaxilədə Misirin suç ortağı olub: "Obama hakimiyyəti ordunu gücdən istifadə etməməyə, siyasi məhbusları azad etməyə çağırıb. Ordunun isə bu çağırışlara əhəmiyyət verməməsi məntiqli idi. Çünki Vaşinqton xəbərdarlığın inandırıcı olmadığını göstərirdi. Polis hələ də Qahirə küçələrində silahsız insanlara atəş açarkən Ağ ev sözçüsü Amerika hakimiyyətinin Misirdə çevriliş olub-olmadığına dair bir fikir söyləmək istəmədiyini bildirirdi".

Bu arada dünyanın ayrı-ayrı ölkələrindən Misirdə baş verən son hadisələrə reaksiyalar gəlir. ABŞ xarici işlər naziri Kerri şiddətli hadisələrin Misirdə demokratiya qurulması niyyətinə zidd olduğunu bildirib. Kerri qütbləşmənin qarşısının alınması üçün müxalifət liderləri daxil olmaqla bütün misirli siyasi liderləri ortaq qərara çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Ki Moon da Misirdəki hadisələri qınayıb: "BMT hələ bugünkü hadisələrlə əlaqədar məlumatları topladığı bir zamanda təhlükəsizlik gücləri ilə nümayişçilər arasındakı qarşıdurmalarda yüzlərlə adamın öldüyü və ya yaralandığı aydın oldu".

Avropa Birliyi xarici siyasət komitəsinin rəhbəri Ketrin Eşton isə Misirin səlahiyyətli nümayəndələrini məsləhətləşməyə çağırıb. İngiltərə baş naziri David Kameron isə hadisələrin heç bir şeyi həll edə bilməyəcəyini söyləyib. Türkiyə prezidenti Abdullah Gül isə Misirdəki hadisələr üçün "Qorxduğumuz hadisələr reallaşır. Bu gün Misirdə baş verənlər qəbul edilə bilməz. Bunlar çox təhlükəli qapıları açar" deyib.

Elnarə
Əli Rais Hüseynli
AzNews.az