Milyarder dərzi dünyasını dəyişdi

İspaniyada 69 yaşında tanınmış geyim brendi "Zara"nın yaradıcılarından biri, İspaniyanın ən varlı qadını Rozaliya Mera dünyasını dəyişib.

ANS PRESS "Forbes" jurnalına istinadən bildirir ki, Mera qızı ilə Menorka adasında istirahət edirmiş. Avqustun 14-də onu insult vurub.

Mera 1944-cü ildə anadan olub. 11 yaşında o, məktəbi ataraq dərzi işləməyə başlayıb. "Forbes"in məlumatına görə, onun var-dövləti 6,7 mlrd dollar səviyyəsində qiymətləndirilir.

AzNews.az