Gözəllik kraliçasına bomba ittihamı

ABŞ-da gözəllik kraliçası, 18 yaşlı Kendra McKenzie Gill bomba saxlama və ev istehsalı olan bombanı avtomobildən atdığı iddiası ilə mühakimə olunur.

Utah əyalətində təşkil edilən yarışmada tac taxan Gillin, keçən həftə sonu istifadə etdiyi avtomobildən yandırıcı kimyəvi maddə və şarapnel olan plastik şüşəni fırladaraq atdığı iddia edilir.

Prokuror Blake Nakamura, Gill və avtomobildə olan digər 3 adamla əlaqədar ittihamların məhkəməyə təqdim edildiyini açıqlayıb.


Elman
AzNews.az