1 milyon insan selin qurbanı oldu

Filippinin paytaxt Manila və ətrafına aramsız yağan yağışlardan yaranan sel təxminən bir milyon insana zərər vurub.

Seldən zərər çəkənlər, daha etibarlı yerlərə sığınmaq üçün yaşadıqları yerləri tərk etməyə çalışırlar.

Filippin Milli Fəlakət Risk Azaldılması və İdarə Məclisinin səhər saatlarında verdiyi məlumatlara görə, seldən zərər görənlərin sayı 224 min ailə və ya 1 milyon 50 min insandır.

Bütün ölkə musson yağışlarının yaratdığı sel daşqınları ilə mübarizə aparır. Daşqında ən azı 8 adam öldüyü və 41 adamın isə itkin itkin düşdüyü bildirilir.

Elman
AzNews.az