BMT Suriya ilə bağlı qapalı yığıncaq keçirəcək

Avqustun 21-də Suriyada kimyəvi silahın tətbiqi ehtimal üzrə BMT Təhlükəsizlik Şurası qapalı məşvərət toplantısı keçirəcək.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda qurumun baş katibi Pan Ge Munun təmsilçisi açıqlama verib.

O, yığıncağın yerli vaxtla saat 15.00-da (Bakı vaxtı ilə gecə 12-də)başlayacağını söyləyib.

Yığıncaq şuranın 15 üzvündən 5-nin ABŞ, Britaniya, Fransa, Lüksemburq və Cənubi Koreyanın birgə sorğusu əsasında çağırılıb.

AzNews.az