Rusiya və Çin təmsilçiləri BMT yığıncağını tərk edib

Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı təmsilçiləri qurumun toplantısını tərk edib.

Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, həmin yığıncaqda Britaniyanın Suriya üzrə qətnamə layihəsi müzakirə olunub.

Olayın təfərrüatı barədə məlumat yayılmayıb.

Mənbənin xatırlamasına əsasən, həmin layihədə BMT nizamnaməsinin 7 –ci maddəsinə uyğun olaraq, güc tətbiqi də nəzərdə tutulub.

"Britaniyanın qətnaməsində dinc suriyalıların kimyəvi silahdan qorunması üçün BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq, lazım olan bütün tədbirlərin görülməsi nəzərdə tutulub" - deyə, Britaniyanın baş naziri Devid Kemeron "tvitter" səhifəsində yazıb.

AzNews.az