- Köhnə - Dünya
- 2 Sentyabr 2013 20:19
- 3 007
Səddam Hüseynin əfsanəvi tüfəngi auksiona çıxarılıb
Auksion evinin saytında ilkin qiyməti $7,5- $15 min dollar göstərilib. Satış 13-15 sentyabr aralığında həyata keçiriləcək.
Tüfəng 1988-ci ildə ABŞ-da hazırlanıb və ehtimal ki, Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü tərəfindən Səddam Hüseynə hədiyyə edilib. Tüfəngin lüləsinə Səddamın adı və hədiyyə edilən tarix oyulub – 16 yanvar 1993-cü il.
Tüfəng 2004-cü ilin martında Bağdadda Prezident Sarayı zəbt edildikdən sonra ələ keçib və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə təhvil verilib.(musavat.com)