İsraildən raket etirafı

Rusiyanın Şərqi Ağdənizdə iki ballistik raket görülməsi ilə bağlı yaydığı məlumata İsrail tərəfindən münasibət bildirilib.

Qeyd edək ki, Rusiya tərəfi həmin raketlərin Armavir RLS-də radarlara düşdüyünü bildirib. Hətta müdafiə nazirinin bununla bağlı prezident Vladimir Putinə məruz etdiyi də yayılan məlumatlar arasındadır.

Türkiyə mətbuatında yer alan ən son xəbərlərə görə isə, raketlərin İsrailə məxsus olması barədə iddialara bu ölkədən cavab gəlib. Öncə İsrail tərəfi Ağdənizdə heç bir raketin olmadığını bildirsə də, sonradan bu inkar edilib.

AzNews.az haberler.com-a istinadən xəbər verir ki, İsrailin bu inkarı qısa sürüb: "İsrail bütün dünyada maraqla qarşılanan bu hadisə ilə bağlı yeni açıqlama verib. İsrail ABŞ-la birlikdə Ağdnizdə ortaq olaraq raket sınağı həyata keçirdik" deyə etiraf edib".

Elnarə
AzNews.az