İtaliya biznesmenleri arasında ən məşhur ad - Məhəmməd


Milanda kiçik sahibkarlar arasında ən çox yayılan ad Məhəmməd olub.

Bu nəticə şəhərin Ticarət Palatası tərəfindən aparılan araşdırmanın nəticəsində məlum olub. Milan şirkətləri arasında 2012-ci ildə 1595 Məhəmməd adına rast gəlinib. İtaliyada ən məşhur ad olan Cüzeppe adına isə 1383 dəfə rast gəlinib. Üçüncü yerdə Marko, dördüncü yerdə Mariya, beşinci yerdə isə Əhməd adı dayanır. "France-Presse"in məlumatına görə, Utaliyanın biznes paytaxtında 3 min əcnəbi şirkət qeydiyyata alınıb.

Elnur
AzNews.az