Azyaşlıya təcavüz edən manyak qaçdı- FOTO

12 yaşlı qıza təcavüz edən şəxs polis məntəqəsindən siqaret çəkmək bəhanəsi ilə qaçıb.

Ailəsi ilə Antaliyada yaşayan 12 yaşlı S.G. çörək almaq üçün evdən çıxıb, amma bir daha geri dönməyib. 3 gün qızından xəbərsiz olan ana L.G. qızının rəfiqələrindən yaxın qohumu olan 25 yaşlı H.G. tərəfindən maşına zorla mindirilərək qaçırıldığını öyrənib. Aldığı məlumatdan sonra polisə müraciət edən qadın qızının saxlanıldığı ünvanı dəqiqləşdirib. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində 12 yaşlı qız və şübhəli şəxs qismində H.G. polis məntəqəsinə aparılıb.

Azyaşlı qız başına gələn təcavüz hadisədini danışdığı əsnada saxlanıldığı evin sahibi A.A. və şübhəli olan H.G.-da dindirilib. Siqaret çəkmək istədiyini deyən təcəvüzkar nəzarətçi polislə birlikdə çölə çıxıb. Polisin bir anlıq dalğınlığından istifadə edərək H.G. qaçıb.

Ancaq o, polisə verdiyi ilkin ifadədə qızı qaçırtmadığını, ailəsinin razılığı ilə apardığını deyib: "Qızı mənim yanıma ailəsi göndərib. Məndən də 50 min Tl pul tələb etdilər. Pulu ödəməyincə də polisə şikayət etdilər".

Azyaşlı qız isə onu zorla qaçırtdıqlarını və təcavüzə məruz qaldığını etiraf edib: "Yolda mənə yaxınlaşaraq gəzməyə getməyi təklif etdi. Qohumumuz olduğuna görə qəbul etdim. İlk anda heç bir şeydən şübhələnmədim. Daha sonra məni zorla tanımadığımı bir evə apardı və günorta saatlarında mənə təcavüz etdi".

Hazırda polis axtarışda olan H.G.-ni axtarır.(teleqraf.com)

AzNews.az