Polis şahzadəyə silah çəkdi - TƏFƏRRÜAT

İngiltərənin Bukinqem sarayının polisi kral ailəsinin üzvü, şahzadə Endryunu oğru zənn edərək sənədlərini təqdim etməyə məcbur edib.

Bu barədə məlumatı "Associated Press" agentliyi Britaniya polisinə istinadən yayıb.

Məlumata görə, hadisə sentyabrın 4-də sarayın bağçasında baş verib.

"Express" qəzeti isə hətta iddia edib ki, iki polis əməkdaşı şahzadəni tanımayaraq ondan sənədləri tələb etməklə kifayətlənməyib. Onlar şahzadənin üstünə silah çəkiblər. Ancaq polis silahla bağlı məqamı təkzib edib.

Hadisədən sonra hüquq-mühafizə orqanları şahzadədən üzr istəyib. Polis hadisəni bir müddət əvvəl saraya oğrunun gəldiyi, ancaq polisin onu zərərsizləşdirməsi ilə izah edib.

York hersoqu titulu daşıyan şahzadə Endryu 2-ci Yelizavetanın ikinci oğludur. O, Böyük Britaniya taxt-tacının varisləri siyahısında 5-ci yerdədir.

Elnarə
AzNews.az