Kraliçanın sarayına oğru girib

Britaniya kraliçası 2-ci Yelizavetanın iqamətgahı olan Bukinhem sarayından oğurluq etmək istəyən iki şəxs həbs olunub.

Oğrulardan biri 3,5 metr hündürlükdəki dəmir hasara dırmanaraq sarayın həyətinə düşə bilib.

O, gündüzlər turistlər üçün açıq olan, məşhur rəssamlar Rembrandt və Peter Paul Rubensin də tablolarının nümayiş olunduğu 20 otaqdan birində tutulub.

Digər oğru isə sarayın qarşısında ələ keçib.

London polisinin açıqlamasına görə, 1982-ci ildən bəri ilk dəfə Bukinhem sarayında oğurluq cəhdi olub.

1982-ci ildə Maykl Faqan adlı şəxs kraliça yuxuda olanda onun yataq otağına girmişdi.

87 yaşlı kraliça 2-ci Yelizaveta isə oğurluq cəhdi zamanı Balmoral qəsrində idi.(milli.az)

AzNews.az