Rusiya hərbi donanmasını Suriyaya yolladı

NATO tərəfdən "təyyarə qatili" adlanan "Moskva" admiral gəmisi Suriya sahillərinə yan alıb

Rusiyanın Qara Dəniz Donanmasına məxsus "Moskva" admiral gəmisi Suriya sahillərinə yan alıb.

ANS PRESS-in Rusiya mətbiuatına istinadən məlumatına görə, NATO tərəfdən "təyyarə qatili" kimi tanınan və idarə olunan Kreyser raketləri daşıyan gəmi Atlantik okeanından Aralıq dənizə keçid edib. "İnterfaks"ın hərbi-diplomatik qaynaqlara istinadən məlumatına görə, gəmiyə kapitanı Serqey Tronev rəhbərlik edir.

Məlumata görə, sentyabrın 15-16 aralığında "Moskva" gəmisi Aralıq dənizindən "Admiral Panteleev" sualtı gəmisindəki Rusiya hərbi-dəniz qüvvələrinin operativ dəstəsini götürəcək.