Namizəd xalqa “orta barmaq” göstərdi

Almaniyanın kanslerliyinə Sosial Demokrat Partiyasından (SPD) namizəd olan Peer Şteynbrük Anjela Merkeli sıxışdırma kompaniyası zamanı vulqar "orta barmaq" jesti göstərib.

"New York Times"ın xəbərinə görə, seçki öncəsi 66 yaşlı Şteynbrük Anjela Merkellə bir televiziya proqramında iştirak edib. Proqramın maraqlı cəhəti odur ki, namizəd suallara işarələrlə cavab verilməli imiş.

"Seçkilərdə qalib olmasanız, alman xalqına nə göstərərdiniz?" sualına Şteynbrük "ortaq barmaq" işarəsi göstərməklə cavab verib.

Xəbər "Axar.az"dan gəlir