Suriyada atılan raketlərdən biri sovet istehsalı olub

Suriyada istifadə olunan raketlərdən biri sovet istehsalı olub. Bu qənaətə Suriyada kimyəvi silahdan istifadəni araşdıran mütəxəssislər gəlib.

Mütəxəssislərin fikrincə, M-14 raketinin döyüş başlıqlarının kustar üsulla hazırlanma ehtimalı var. BMT-yə təqdim edilən hesabatın müəllifləri bildirib ki, Şərqi Quta yaxınlığında digər döyüş sursatlarına da rast gəlinib. Bu döyüş sursatları arasında kustar üsula yanaşı seriya istehsalı olanlar da olub.

Qeyd edək ki, RPU-14 Sovet ordusunda 1960-cı illərə kimi mövcud olub. Həmin dövrdən etibarən isə onu daha müasir BM-21 əvəz edib. 2010-cu ildə əldə edilən məlumata görə, RPU-14 Əfqanistan, Əlcəzair, Yəmən, Misir kimi ölkələrin ordusunda qalıb.

Suriyaya isə bu seriyadan olan döyüş sursatı 1967-69-cu illərdə gətirilib. Hazirda isə bu raketlərin ordunun təchizatından çıxarıldığı bildirilir.

Elnur