- Köhnə - Dünya
- 17 Sentyabr 2013 10:25
- 3 106
Suriyada döyüşlərdə 6 Azərbaycan vətəndaşı öldürülüb

Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Həlak olanlar "Nüsra Cəbhəsi"nin sıralarında döyüşənlərdir. Onların arasında 6 Azərbaycan, 4 Türkiyə, 5 İordaniya, 9 Səudiyyə Ərəbistanı, habelə Əfqanıstan və Pakistan vətəndaşları var.
Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə "Mühacir və Ənsar" qrupunun tərkibindəki azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən "Əbu Yəhya" ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Həmin döyüşdə daha 4 azərbaycanlı mücahidin də öldüyü bildirilir.
Qeyd edək ki, bu ilin avqust ayının əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə 60-dan artıq azərbaycanlı iştirak edib.(apa)
AzNews.az