- Köhnə - Dünya
- 18 Sentyabr 2013 16:59
- 2 705
2 saylı məktəbdə faciə: Müəllimin boğazını kəsdilər

Kimya müəllimi Sun Vukan qətlə yetirilib. Dərs zamanı onun şagirdlərindən biri Vukanın boğazını kəsib.
Hadisə kimya dərsində baş verib.
32 yaşlı Sun Vukan şagirdlərdən birinin dərs başlayandan sonra fasiləsiz olaraq mobil telefonu ilə yazışdığını, fotolar və videoya baxdığını görüb. Telefonu şagirdin əlindən alıb müəllim masasına yönəlib, telefonu masaya qoyub.
Şagird isə bundan çılğına dönüb və yerindən duraraq müəllimə tərəf qaçıb, cibindən çıxardığı bıçağı onun boğazına saplayıb.
Liy adlı şagird həbs olunub və Şanxaya aparılıb.
4 gün əvvəl Çində Müəllim Günü idi və Sun Vukan "Vilayətin ən yaxşı müəllimi" seçilmişdi.(milli.az)
AzNews.az