Qasırğa ölkəni iflic etdi: ölənlərin sayı 80-ə yüksəldi

Meksikanın cənub-qərbində güclü tropik Manuel fırtınası baş verib. Qasırğa nəticəsində, 58 nəfər itkin düşüb, ölənlərin sayı 80-ə çatıb.

Meksika Dövlət Başçısı Enrique Pena Nietonun açıqlamasına görə, Atoyac də Alvarez qəsəbəsində təxminən 58 adam itkin düşüb. Sel və çökən körpülər nəticəsində əyalətlərlə quru yolun əlaqəsi kəsilib. Acapulcoda qalan turistlərin azad edilməsi üçün əlavə təyyarə reysləri salınıb. Təxminən 40 min turistin olduğu şəhərdən evakuasiya əməliyyatlarına hərbi təyyarələr də qatılıb.

Son 10 saat ərzində 2 min turist təyyarələrlə Acapulcodan başqa bölgələrə transfer edilib. Şəhərdə minlərlə insan elektriksiz və susuz qalıb. Vəziyyət getdikcə ağırlaşır. Qasırğa ölkə daxilində təxminən 1 milyon insana ziyan vurub. Qurtarma və xilasetmə işləri davam etdirilir.

Elman
AzNews.az