Dünyanın müsəlman gözəli seçildi - FOTO

İndoneziyada keçirilən "Müsəlman Dünyasının Gözəli" gözəllik müsabiqəsi başa çatıb.

Müsabiqənin qalibi Nigeriya təmsilçisi Obabiyi Ayşa Ajibola olub.

6 ölkədən 18 qızın qatıldığı müsabiqədə İndoneziya və Malayziya təmsilçiləri ilə finala çıxan Ayşa adı açıqlananda ağlayıb, ona uzadılan Qurani-Kərimi öpüb.

Qalibə 2200 dollar məbləğində pul mükafatı və həcc ziyarəti hədiyyə olunub.

"And olsun Allaha ki, qalib gələcəyimi ağlıma da gətirmirdim. Qələbəmi bütün nigeriyalı qadınlara ithaf edirəm", - Ayşa Ajibola deyib.

İndoneziya, Malayziya, Bruney, İran, Nigeriya və Banqladeşdən olan qızların qatıldığı müsabiqədə ABŞ təmsilçisi də iştirak etməliydi.

Lakin amerikalı xanımın anası qəflətən xəstələndiyi üçün o, yarışda iştirak etməyib.(milli.az)

AzNews.az