- Köhnə - Dünya
- 19 Sentyabr 2013 21:08
- 2 326
Avropa Birliyi missiyasının əməkdaşı öldürüldü
Kosovonun şimalında yerləşən Mitrovitsa şəhəri yaxınlığında baş verən atışma zamanı Avropa Birliyinin Gömrük Missiyasının əməkdaşı öldürülüb. Verilən məlumatlara görə, missiyanın 6 əməkdaşının olduğu iki avtomobil naməlum şəxslər tərəfindən güllələnib. Anspress xəbər verir ki, daha iki əməkdaşın da hadisə nəticəsində yaralandığı bildirilir.
Hadisə ilə bağlı münasibət bildirən Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmalı olduqlarını bildirib.
AzNews.az