4 bacı intihar etdi - Cehizə görə

Pakistandakı ailələrdən birində faciə baş verib. 4 bacı ataları ilə mübahisədən sonra intihar ediblər. Ata qızlarını cehizlə təmin edə bilməyib.

Pakistanda isə cehizi olmayan qızın ərə getməsi faktiki olaraq mümkünsüz məsələdir.

Pəncab ştatında Malisi şəhərinin yaxınlığında yaşayan yoxsul kəndli Bəşir Əhməd Rajputun 5 qızı vardı və bu qızlar cehizləri olmadığı üçün illərdən bəri ərə gedə bilmirdilər.

Cehizlə bağlı növbəti qeylü-qaldan sonra bacıların beşi də su kanalına atılıblar. Ən kiçik bacını xilas etmək olub. Onun 4 bacısı boğulub.
Boğulmuş bacıların ikisinin meyidi sudan çıxarılıb, ikisi isə hələ tapılmayıb.

Bəşir Əhmədin qızları 45, 43, 38, 35 və 31 yaşlarında idilər.

Polisdən verilən məlumata görə, onlar 31 yaşlı Fatiməni xilas edə biliblər.(milli.az)

AzNews.az