Özünü ölülüyə vurdu, terrorçulardan canını qurtardı

Kenyanın paytaxtı Nairobidə bir ticarət mərkəzinə edilən silahlı basqında 39 nəfər ölüb, 293 nəfər yaralanıb. Bəzi müştərilərin girov götürüldüyü hadisədə 18 yaşlı gənc özünü ölülüyə vuraraq canını qurtarıb.

Hadisədən sonra mətbuata açıqlama verən Uma Əhməd adlı gənc bildirib ki, açılan atəş onu da yaralayıb. Ancaq o, özünü ölülüyə vuraraq canını qurtara bilib: "Atəş açanlardan biri mənə yaxınlaşdı, yaramı gördü, ancaq özümü ölülüyə vurduğumdan öldüyümə inandı".

Qeyd edək ki, hadisəyə məsuliyyəti "Əl-Qaidə"yə bağlı "Eş Şabaab" təşkilatı üzərinə götürüb.

Elnarə
AzNews.az