İcra başçısının burnunu qırdılar


Özbəkistanda insanların məcburi olaraq pambıq yığımına göndərilməsi qalmaqala səbəb olub. Çirçik şəhərinin icra başçısı Furkat Xeyrulayyev döyülüb. Bu barədə məlumatı "Fərqanə" xəbər saytı yayıb. Hadisə sentyabrın 22-də baş versə də bir neçə gün sonra mətbuatda işıqlandırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, dövlət məmuruna "Toşviltransterminal" Birliyinin nümayəndəsi Şöhrət Nəzərov hücum edib. Onun təmsil etdiyi şirkət pambıq yığımına aparılanların nəqliyyatla təmin edilmsi ilə məşğul olub.
Onun icra başçısını döyməsinə səbəb ikincinin səsləndirdiyi təhqirlər olub. Şahidlər deyir ki, Nəzərov başını Zeynəddin Zidan kimi çevirərək icra başçısını vurub.
Nəticədə icra başçısının burnu qırılıb. Məmur polisə müraciət edib və Nəzərov həbs olunub. Ancaq bəzi məlumatlara görə, Nəzərov hüquq-mühafizə orqanları ilə "dil taparaq" həbsdən qurtula bilib.
Elnur
AzNews.az