Sabahdan kimyəvi silahlar məhv edilməyə başlanacaq

Suriyada sabahdan kimyəvi silahın məhv edilməsinə başlanacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki təsdiqləyib.

"Əməliyyatın başlanması sabaha nəzərdə tutulur". Bunu rəsmi nümayəndə BMT-nin Nyu-York qərargahındakı brifinqdə bildirib.

Onun sözlərinə görə, bununla bərabər BMT-nin ekspertlər qrupu Suriyada işini başa çatdıraraq geri qayıdıb. Qrupun fəaliyyəti haqqında məruzə oktyabrın sonuna qədər hazır olacaq. (ANS PRESS)