Mer işçilərin gözü qarşısında özünü güllələyib


Meksikanın Tepetonqo şəhərinin meri Sakatekas Karlos Robles işçilərinin gözü qarşısında özünü güllələyib. Hadisə bu gün baş verib. Yerli mətbuatın məlumatına görə, mer özünü əməkdaşlardan birinin silahı ilə vurub.

Xəbərlərə görə, səhər mer işə gəlib, daha sonra ictimai asayişin qorunması ilə məşğul olan polislərin fəaliyyəti ilə maraqlanıb. Ancaq gözlənilmədən mer polislərdən birinin silahına baxmaq istədiyini deyib.
Silahı əlinə alan mer onu alnına dirəyib və atəş açıb. Güllə açılan kimi əməkdaşların gözü qarşısında can verən merin intihar səbəbi məlum deyil.

Rəsmi məlumatlara görə, bir neçə il əvvəl merin oğlu cinayətkarlar tərəfindən qaçırılıb və külli miqdarda pul ödənildikdən sonra azad edilib.

Elnur
AzNews.az