İranlı turistlər Misirə buraxılmayacaq

Misir İranlı turistləri bundan sonra ölkəyə buraxmayacaq.
AzNews.az "interfaks"-a istinadən xəbər verir ki, bu barədə Misirin turizim naziri Hişam Zaazu bildirib.
"Yaranmış vəziyyət üzündən biz İrandan turistləri qəbul edə bilmirik. Nazirlər kabinetindən uyğun göstəriş alanadək məsələ dondurulmuş halda saxlanılacaq.Bu qərar təhlükəsizlik baxımından qəbul olunub"-deyə, nazir bəyanat verib.

AzNews.az