Litva Rusiyanı hədələdi

"Əgər Moskva qonşu dövlətlərə təzyiqi dayandırmasa, Litva Rusiyanın Kalininqrad vilayəti ilə dəmir yolu və avtomobil yolu nəqliyyatı ilə əlaqəsini dayandıra bilər".
Lent.az-ın verdiyi məlumata görə, bunu "Reuters" agentliyinə müsahibəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus söyləyib.
Linas Linkyaviçus deyib ki, bu, nəzəri cəhətdən mümkün olsa da, Litvanın metodu deyil.
Qeyd edək ki, bu bəyanat Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı Vilnüs sammiti ərəfəsində səslənib. Bu Proqram Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasını nəzərdə tutur. Litva Şərq Tərəfdaşlığı Proqramının əsas sponsorlarından biridir. Eyni zamanda Ukraynanın Avropa Birliyi ilə tezliklə assosiasiya sazişi imzalaması və azad ticarət zonasının yaradılmasının tərəfdarıdır. Bu sənədə imza atılacağı halda Ukraynanın gələcəkdə Rusiyanın Qazaxıstan və Belarus ilə birlikdə yaratdığı Gömrük İttifaqına gələcəkdə daxil olması imkanı aradan qalxır. Elə buna görə də Rusiya Ukraynanın Avropa Birliyi ilə assosiasiya və azad ticarət zonası haqqında saziş imzalamasına qarşı çıxdığını gizlətmir.

AzNews.az