Hindistanda 5 müsəlman öldürüldü



Hindistanın Myanmar ərazisində müsəlmanlara qarşı təzyiqlər davam edir. Dünya mətbuatı bu ərazidə müsəlmanların qorxu içində yaşadıqları, qadın və uşaqların meşəlik ərazilərdə gizləndiyi barədə məlumatlar yayır.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər öldürülən 5 müsəlman arasında, 94 yaşına bir qadın da olub. Bu şəxslərin bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

Yerli polisin yaydığı məlumata görə, təkcə ötən həftə müsəlmanların 59 evi və bir məscidi yandırılıb.

Qeyd edək ki, xeyli müsəlmanın yaşadığı Myanmar ərazisində buddistlərin yaratdığı gərginlik 2012-dən bugünə qədər 140 min nəfərin ölümünə və yer dəyişdirməsinə səbəb olub.

Elcan Məmmədov
AzNews.az