“Bir daha Ermənistana getməyəcəyəm” “Bir daha Ermənistana getməyəcəyəm”

“Ermənilər “çox qonaqpərvər”dir”- Ombudsman

“Bir daha Ermənistana getməyəcəyəm”




Ermənistan paytaxtı İrəvanda etdiyi çıxışından sonra təhqir və təhdidlərlə üzləşən Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı hədə-qorxular hazırda səngiyib.

Bu barədə APA-ya açıqlamasında iyulun 4-də Ermənistan parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriu bildirib.

O əlavə edib ki, məşhur çıxışından sonra öz ölkəsində üzləşdiyi xoşagəlməz vəziyyətində heç bir dəyişiklik yoxdur.

Bu ilin payızında keçirilməsi planlaşdırılan Moldova ombudsmanı seçkilərində iştirakı ilə bağlı sualı cavablandıran A.Qriqoriu bildirib ki, onun seçkilərdə iştirakı Moldova parlamentinə təklif olunan insan haqları üzrə müvəkkili barədə qanuna dəyişikliklərin müzakirəsindən və qəbul olunmasından asılı olacaq.

"Əgər Ermənistanda insan haqları ilə bağlı tədbir təşkil olunsa, bu ölkəyə bir də gedəcəksinizmi?" sualına isə moldovalı ombudsman belə cavab verib: "Bu ölkəyə qətiyyən bir də getməyəcəyəm. Onlar "çox qonaqpərvər"dirlər. Oktyabrın 30-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcəyəm".

Dağlıq Qarabağ münaqişəsi qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı sualı şərh edən A.Qriqoriu qeyd edib ki, bu məsələ həm Azərbaycanın, həm də ölkə ombudsmanın səlahiyyətidir: "Lakin harada işləməyimdən asılı olmayaraq, mən imkan daxilində bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə çalışacağam ki, beynəlxalq aləm bu haqların pozulmasının aradan qaldırılması prosesinə cəlb olunsun".


AzNews.az