Madonna cinsi təcavüzə məruz qaldığını etiraf etdi

Dünya ulduzu amerkalı müğənni Madonna sənət karyerasının ilk illərində cinsi təcavüzə məruz qaldığını etiraf edib.

"Harper`s Bazaar" jurnalında müğənninin məqaləsi dərc edilib.

Madonna məqaləsində həyatda üzləşdiyi çətinliklərdən də söz açıb: "Nyu-York heç də təsəvvür etdiyim kimi olmadı. O, mənə qucağını açmadı. Elə birinci ildən hədəfdə oldum. Zorlandım, qarət olundum...

Məni bıçaqla hədələyib evin damına apardılar, orada zorladılar. Oğrular üç dəfə mənzilimin qapısını qırdılar. İndiyədək başa düşmürəm ki, başqa qiymətli əşyalarla yanaşı, onlar niyə kiçik radioqəbuledicini də aparmışdılar."

Madonna cinsi təcavüzə məruz qaldığı barədə ilk dəfə 1995-ci ildə ətraflı danışmışdı.(anspress)

AzNews.az