Rusiya beynəlxalq məhkəməyə veriləcək

Niderland krallığı Rusiyanı "Qrinpis"-çilərin işi ilə bağlı məhkəməyə verir.

Hollandiyanın Xarici İşlər Nazirliyi bu haqda bildiriş yayıb: "Niderlandın bayrağı altında üzən "Artik Sanrayz" gəmisinnin saxlanılmasını BMT-nin Konvensiyasına əsasən qanunsuz sayırıq. Heyətin azad edilməsini tələb edirik".

Bir müddət öncə də Hollandiya hakimiyyəti Rusiyadan gəminin və heyətinin buraxılmasını istəmişdi. Tələbi təmin olunmayacağı halda krallıq Rusiyanın beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Xatırladaq ki, "Qrinpis"in "Arktik Sanrayz" gəmisinin 30 nəfərlik komandasına qarşı Rusiyada "quldurluq" maddəsi ilə iş açılıb və onlara qarşı ittihamlar təsdiqlənəcəyi halda 10 ildən 15 ilədək iş kəsilə bilər.(lent.az)

AzNews.az