Ağ ev konqresi şantaj etməyə başlayıb

Ağ ev administrasiyası büdcə lahiyəsinin Konqresdə əngəllənməsinin ABŞ-ın xarici siyasətinə təsir etdiyini bildirib.

Ağ evin mətbuat katibi Cey Karni verdiyi açıqlamada bildirib ki, büdcə təsdiqlənmədiyindən hökümət Suriya və İrana qarşı sanksiyalar məsələsini nəzərdən keçirə bilmir.

Cey Karni bir çox strateji dövlət qurumlarının maliyyələşməsində problem yarandığını əsas gətirərək, büdcənin konqresdə tezliklə bəyənilməsinin vacib olduğunu deyib.

O, həmçinin qeyri-müəyyənliyin davam etdiyi müddətdə humanitar proqramların icrasında da problemlər yarandığını bildirib.(anspress)

AzNews.az