Avropalıları diri-diri yandırdılar

Madaqaskarın şimalındakı Nusi-be adasında kütlə 2 avropalı və bir yerli sakini parçalayıblar.

Hadisə kənddə itən 8 yaşlı uşağın tanınmaz hala düşmüş meyitinin çimərliklərdən birində tapılması ilə başlayıb.

Polis bu işlə bağlı yerli sakini həbs edib. Coşmuş kütlə polis bölməsinin qarşısına yığılıb. İnsan orqanlarının alveri barədə şayiələr yayılıb. Bundan sonra kütlə, yerli sakini, eləcə də Fransa və İtaliya vətəndaşı olan 2 xarici turisti tutub, onları insan orqanlarının alverində ittiham edib. Daha sonra isə onları diri-diri yandırıblar. Asayiş qüvvələri hadisə yerinə çox gec gəliblər. Madaqaskarın prezident səlahiyyətlərini icra edən Andri Radzuelina əhalini sakitliyi qorumağa çağırıb.(gun.az)

AzNews.az