Hərbi baza yanır


Amerikanın Kaliforniya ştatındakı meşə yanğını "Kemp-Pendlton" hərbi bazasının ərazisinə keçib.

KTLA telekanalı xəbər verir ki, hərbi bazanın yaxınlığındakı yaşayış korpuslarından artıq 250 nəfər evakuasiya edilib. Həmçinin qospitaldakı 30 xəstə də ordan çıxarılıb.

Yanğın 600 hektar ərazini əhatə edir. Hadisə yerinə 200 yanğınsöndürən maşın və helikopter cəlb edilib.

Elnur
AzNews.az