- Köhnə - Dünya
- 7 Oktyabr 2013 18:48
- 2 904
Zibillikdən doğranmış körpə cəsədləri tapıldı
Mikrorayon məktəblərinin birinin yaxınlığında zibil yeşiyinə atılmış beş körpənin doğranmış bədənləri tapılıb.
Bununla bağlı Rusiya hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb və Moskva cinayətkarın həbs olunması üçün əməliyyata başlayıb.
İlkin versiyaya görə, körpələr gizli həyata keçirilən abortun qurbanları olub. Digər bir versiyaya görə, bu körpələrdən xəstəxanaların birində biomaterial kimi istifadə olunub və daxili orqanları çıxarılaraq başqa pasiyentlərə köçürülüb.
Hadisə yerində araşdırma aparan kriminalistlər isə belə hesab edirlər ki, uşaqlar vaxtından qabaq doğulublar. Onların bədəni uşaqlıqdaxili inkişafının 6-7-ci aylarına uyğundur.
Tibbi məhkəmə ekspertizasının keçirilməsi və ölüm səbəbinin araşdırılması üçün cəsədlər meyitxanaya göndərilib.(anspress)
AzNews.az