- Köhnə - Dünya
- 9 Oktyabr 2013 13:55
- 4 234
Kainat gözəli məhkəməyə verildi - FOTO
21 yaşlı gözəl Hindistana səfəri əsnasında dünyaca məşhur Tac-Mahala baş çəkib. Orada fotolar çəkdirən Oliviya həmin şəkillərdən biri ilə bağlı məhkəmə iddiası ilə qarşılaşıb.
Hindistan qanunvericiliyinə görə, YUNESKO-nün "Dünyanın mədəni irsi" siyahısına daxil edilmiş Tac-Mahalda aşkar və dolayı yolla reklam yasaqdır. Yəni Tac-Mahalda olan məşhurlar bu memarlıq incisinin fonundan yararlanaraq hər hansı formada reklam məqsədli foto və ya videoçəkiliş apara bilməzlər.
"Miss Kainat 2012"nin isə bu yasağı pozduğu vurğulanır.
Hindistan Arxeologiya Xidməti (Archaeological Survery of India, ASİ) O.Kulponu dikbadan ayaqqabılarda olduğu vəziyyətdə Tac-Mahalın fonunda şəkil çəkdirdiyini bəyan edərək məhkəməyə şikayətlənib.
Oliviya Kulpo "Diana skamyası" adlanan mərmər skamyanın üstündə oturaraq şəkil çəkdirmişdi.
Şahzadə Diana 1992-ci ildə Hindistanda olanda məhz həmin skamyada oturmuşdu. Diana faciəli şəkildə həlak olandan sonra isə Tac-Mahaldakı həmin skamya "Diana skamyası" adlandırılır.
Oliviya Kulpo Hindistanda qadın haqlarının müdafiəsi və QİÇS-ə qarşı mübarizə kampaniyalarının aktivləşdirilməsinə yönəlmiş aksiyaya dəstək çərçivəsində Hindistanda 10 günlük səfərdə olub.
"Oliviya Kulpo o skamyada qəsdən oturaraq dikdaban ayaqqabı şirkətini reklam edib. Bu isə yolverilməzdir", - ASİ-nin açıqlamasında deyilir.(milli.az)
AzNews.az