Mafiya ilə polis arşında qarşıdurma: 14 ölü

Meksikanın Tepatitlan və Guadalajara bölgələrində narkotik mafiyasının silahlı qrupları ilə polis arasında toqquşma olub. Atışmada 3-ü polis olmaqla 14 nəfər ölüb.

Az.News.az-ın məlumatına görə, Meksikanın qərbindəki Jalisco prokurorluğunun hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada Tepatitlan və Guadalajara bölgələrində silahlı qruplar ilə təhlükəsizlik qüvvələri arasında eyni vaxtda ayrı-ayrılıqda üç qarşıdurma yaranıb. Qarşıdurmalarda 3-ü polis olmaqla 14 nəfər həyatını itirib, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralılardan da 4-nün polis olduğu bildirilir.

Bundan başqa, Michoacan əyalətinin Puruandiro şəhərindəki şosedə də polisə aid bir cəsəd tapılıb. Polisin odlu silahla qətlə yetirildiyi təsbit edilib.

Elman
AzNews.az