Argentina Birləşmiş Krallığa etiraz məktubu göndərdi

AzNews.az saytının telegraph.co.uk saytına istinadən yaydığı məlumata görə, Argentina Xarici İşlər Nazirliyi Britaniya Hökumətinə göndərdiyi məktubda "Folklend müharibə"-sində həlak olmuş 237 Argentina əsgərinə qoyulmuş qəbiristanlığa olan hücumu əsgərlərin ruhuna təhqir kimi qiymətləndirib. O, hadisənin dərhal araşdırılmasını tələb edib. Argentina tərəfi Qırmızı Xaç Təşkilatı və BMT-dən də hadisəyə münasibət bildirmələrini tələb edib.

AzNews.az