- Köhnə - Dünya
- 11 Oktyabr 2013 21:30
- 2 876
Hitlerin zabiti vəfat etdi
100 yaşlı SS zabiti 1944-cü ildə Romada törətdiyi kütləvi qətlə görə 1990-cı illərin sonlarında mühakimə edilmişdi.
Buna görə o, İtaliya paytaxtındakı mənzilində ev həbsi altında nəzarətdə saxlanıb.
Pribke Adreatin mağaralarındakı kütləvi qətlin əsas günahkarlarından olub. O zaman SS batalyonuna qarşı təşkil edilmiş və 33 alman hərbçinin ölümü ilə nəticələnmiş hücuma cavab kimi 335 mülki italyan öldürülmüşdü.
Pribke etdiyi əmələ görə heç vaxt peşman olmadığını deyir və bildirir ki, o yalnız əmrləri yerinə yetirib. İtaliyaya təxliyyə edilməzdən öncə uzun müddət Argentinada yaşayıb.(anspress)
AzNews.az