20 separatçıya hökm oxundu

Çin məhkəməsi qərb regionlarından olan 20 separatçı barədə uzunmüddətli həbs hökmü çıxarıb. Onlar "Müqəddəs müharibə"-yə çağırış etdiklərinə və partlayıcı cihazlar hazırlamaqda günahlandırılıblar. Məhkəmədə müəyyən olunub ki, separatçılar böyük miqyaslı terror əməliyyatları hazılamaq niyyətində olublar. Bundan əlavə separatçılar dini zəmində münaqişə yarada biləcək materiallar da yayıblar. Məhkumların etnik mənsubiyyəti açıqlanmasa da, Reuters xəbər agentliyi onların uyğurlar olduğunu iddia edir. Hökmlər Urumçi, Kaşqar və Aksu şəhərlərində oxunub.

Vasif

AzNews.az