Dövlət borcunun artırılması ilə bağlı güzəşt əldə edildi

ABŞ senatında demokratlarla respublikaçılar hökumətin işinin bərpası və dövlət borcunun artırılması ilə bağlı güzəşt əldə edib.

Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, bu haqda respublikaçı Nyu-Gempşirin senatoru Kelli Ayott açıqlama verib.

"Mənim bildiyimə görə, onlar razılaşıb. Ancaq qoy, bu haqda özləri bildirsin"-deyə, büdcə-maliyyə sövdələşməsinin detallarının müzakirəsinə gedən senator söyləyib.

Gün ərzində senat liderlərinin müzakirə etdikləri məsələ haqqında açıqlama verəcəkləri gözlənilir.

AzNews.az