2,5 min uşaq açlıqdan həlak olub

Afrikanın kasıb ölkələrindən olan Nigeriyada bir il ərzində 2,5 min uşaq həlak olub. Onların əksəriyyəti beş yaşınadək olan uşaqlardır. Məlumatı BMT-nin YUNESEF təşkilatının "Uşaq Fondu"-dan bildiriblər.

Baxmayaraq ki son illərdə uşaq ölümü bir qədər aşağı enib, amma hələ vəziyyət beynəlxalq təşkilatların yardımından asılı vəziyyətdə qalmaqda davam edir. "Beynəlxalq təşkilatların yardımı olmasa Nigeriyada on minlərlə uşaq ölə bilər". Bu sözləri Afrikanın Qvido Kornale ölkəsində YUNESEF təşkilatının təmsilçisi deyib.

Son illərdə Nigeriya bir neçə ağır quraqlıq yaşayıb. Bu səbəbdən ölkə 2010-cu ildə 900 milyon dollar dəyərində ərzaq yardımları alıb. Ərzaq çatışmazlığı Nigeriyada əhali artımı məsələsini mürəkkəbləşdirib. Ölkə əhalisinin sayının 2 dəfə artımı yalnız 18 ildən bir baş verir. Hazırda Nigeriya əhalisnin sayı 16 milyondan artıqdır.(anspress)

AzNews.az