- Köhnə - Dünya
- 19 Oktyabr 2013 19:23
- 3 865
Alkoqol zəhərlənməsindən 37 nəfər ölüb - Video

ANS TV-nin verdiyi məlumata görə, ştat ərazisində yerləşən bir çox mağazalarda likör adı altında su ilə qarışdırılmış texniki spirt satılıb. 50-dən çox adam zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.
Ölənlərin əksəriyyəti aztəminatlı təbəqəyə məxsus insanlar olub. Bu içkilər digər alkoqollu içkilərdən daha ucuz qiymətə satıldığı üçün çox sayda insanın marağını cəlb edə bilib. Artıq ştat hüquq-mühafizə orqanları məsələ ilə bağlı 10-a yaxın adamı məsuliyyətə cəlb edib.
Qeyd edək ki, Hindistanda alkoqollu içkilərdən kütləvi zəhərlənmə tez-tez baş verir. Bir neçə il əvvəl bu ştatda baş vermiş oxşar hadisə zamanı 20-dən çox insan həyatını itirmişdi.
AzNews.az