ABŞ-da kütləvi qətl hadisələrinin sayı 3 dəfə artıb - STATİSTİKA

Bu ilin son 10 ayı ərzində ABŞ-da odlu silahdan açılan atəş nəticəsində kütləvi qətl hadisələrinin sayı 12-yə çatıb.

AzNews.az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu açıqlamasında ABŞ-ın Baş Prokuroru Erik Xolder deyib. O bildirib ki, son bir ildə bu cür hadisələrin sayı 3 dəfə artıb: "2000-2008-ci illərdə odlu silahdan törədilən kütləvi qətl hadisələrinin – cinayətlərin sayı il ərzində maksimum beş olsa da, artıq bu hallara daha tez rast gəlirik".

E. Xolder xatırladıb ki, sonuncu belə hadisə Nevada ştatında orta məktəbdə baş verib. Hadisə zamanı 12 yaşlı məktəbli müəllimini qətlə yetirib, sinif yoldaşlarından ikisini isə yaralayıb. Daha sonra isə özünü güllələyib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2000-2008-ci illər ərzində ABŞ analoji hadisələr zamanı 207 adam qətlə yetirilib, 404 nəfər isə yaralanıb.

2009-2012-ci illərdə isə belə cinayət hadisələrində 145 nəfər ölüb, 324-ü isə xəsarət alıb.

AzNews.az