Barak Obama hamilə qadını yıxılmağa qoymadı - VİDEO+FOTO

Siyasətçilərin həddən artıq uzun, cansıxıcı nitqləri dinləyicilərin səhhətinə ziyandır. ABŞ prezidenti Barak Obama Ağ Evin bağçasında media mənsubları qarşısında çıxış edərkən buna bir daha əmin olub.

Birləşmiş Ştatların dövlət başçısının arxasında xüsusi dəvət edilmiş qonaqlar dayanmışdılar. O qonaqlar arasında isə hamilə, əynində qırmızı paltar olan qadın vardı.

Hava isti olduğundan gələcək ananın durumu pisləşib. Onu yıxılmaqdan Obamanın sürətli reaksiyası saxlayıb. ABŞ prezidenti geri çevrilib və hamilə xanımın əlindən tutaraq onu yıxılmağa qoymayıb.

"Sizi tutmuşam. Hər şey yaxşıdır. Mən çox danışanda belə olur", - Barak Obama deyib. ABŞ prezidentinin nitqi ölkə təhsili və səhiyyəsinə həsr olunmuşdu.

Əynində qırmızı paltar olan hamilə qadın isə şəkərli diabet xəstəsi Karmel Elison idi.

Daha sonra gələcək ana Twitter-dəki profilində yazıb: "Hər şey qaydasındadır. Sadəcə, bir az başım gicəlləndi. Məni yıxılmağa qoymadığına görə Barak Obamaya təşəkkür edirəm".(milli.az)

AzNews.az