Ata 15 yaşlı qızını diri-diri yandırdı

Yəməndə 15 yaşındakı bir qız atası tərəfindən diri-diri yandırılaraq öldürülüb. Hadisəyə səbəb gənc qızın nikahdan əvvəl nişanlısı ilə gəzməsi olub.

AzNews.az Yəmən mətbuatına istinadən xəbər verir ki, nikahdan əvvəl nişanlısı ilə gəzdiyini görən gənc qızın 35 yaşılı atası ailə namusunu təmizləmək üçün onun üzərinə benzin tökərək diri-diri yandırıb. Ata həbs edilib.

Rəhim
AzNews.az