Merkel Obamadan hesabat istədi: “Telefonumu dinləyirsiz?”

Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Barak Obamaya zəng edərək telefonunun xüsusi xidmət orqanları tərəfindən dinlənməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

AzNews.az xəbər verir ki, alman baş nazirinin narahatlığına səbəb onun mobil telefonunun ABŞ xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi barədə yayılan məlumatlar olub. Bu xəbərləri dəqiqləşdirmək üçün Merkel özü şəxsən Obamaya zəng edərək vəziyyətə dair açıqlama istəyib. Almaniya hökumətinin sözçüsü Şteffan Zaybertin sözlərinə görə, danışıq dünən baş tutub: "Əgər xəbər təsdiqini taparsa, bu qəbuledilməzdir və etimaddan sui-istifadənin nəticəsi olacaq".

Elnur
AzNews.az