130 mindən çox suriyalı qaçqın düşüb- Rəsmi açıqlama

"Sərhədsiz Həkimlər" Beynəlxalq Humanitar Təşkilatının məlumatına görə, Suriyanın Safira şəhərində intensiv bombardman səbəbindən 130 mindən çox suriyalı qaçqın vəziyyətinə düşüb.

Trend BBC-yə istinadən xəbər verir ki, onlar ölkənin əsasən əhalinin daha çox köç etdiyi hissəsinə qaçırlar.

Təşkilat qeyd edir ki, humanitar yardım kifayət qədər deyil, tibbi müəssisələr isə tez-tez hücumlara məruz qalır.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos Nyu York-da bildirmişdi ki, 2,5 milyon suriyalı humanitar yardım ala bilmir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Suriyada xəstəxanaların 1/3-i bağlanıb, tibb işçilərinin yarıdan çoxu isə ölkəni tərk edib.

AzNews.az