Rok musiqisinin əfsanəsi öldü


Rok musiqisinin əfsanələrindən hesab olunan Lou Reed 71 yaşında vəfat edib.

AzNews.az-ın məlumatına görə, əsl adı Levis Allen Reed olan amerikalı sənətçinin ölümünə qaraciyər köçürülməsindən qaynaqlanan bir problemin səbəb olub.

Əfsanəvi rokçu Nyu-York xəstəxanalarının birində dünyasını dəyişib. Rok ulduzu alkoqol və narkotik asılılığı səbəbindən bu ilin mayından qaraciyər köçürməsi məcburiyyətində qalmışdı.

Qurucusu olduğu "Velvet Underground" qrupunun solisti və gitaraçısı olan Lou Reed, 1960-cı illərdə dünya səviyyəsində məşhurluq qazanıb.

İbrahim Kamiloğlu
AzNews.az