Maykl Ceksonun həkimi azadlığa çıxdı


Qəsdən adam öldürmə maddəsiylə 4 il həbs cəzasına məhkum olan, pop ulduğu Maykl Ceksonun həkimi Murray azadlığa buraxılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildən M.Ceksonun yanında işə başlayan Murray, müğənninin yuxusuzluq problemini müalicə etmək üçün "Propofol" adlı dərmandan istifadə etdiyini bildirib.

Prokuror M.Ceksonun həyatını itirdiyi gün həkimin müğənniylə maraqlanmadığını irəli sürüb.

Qeyd edək ki, Maykl Ceksonun ailəsi həkimə verilən cəzanın az olduğunu bildirərək, ikinci dəfə məhkəməyə müraciət edib.

Elcan Məmmədov
AzNews.az